Əmir Abdullahyan Ermənistanın Amerika ilə təlimini yolverilməz adlandırdı

15:13 | 14.09.2023
Əmir Abdullahyan Ermənistanın Amerika ilə təlimini yolverilməz adlandırdı

Əmir Abdullahyan Ermənistanın Amerika ilə təlimini yolverilməz adlandırdı

İran xarici qüvvələrin Zaqafqaziyada olmasının yolverilməz hesab edir. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Abdullahyan Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan ilə telefon danışığı zamanı bildirib. 
 
XİN rəsmisi vurğulayıb ki, bu cür vəziyyət prosesləri daha da gəərginləşdirir. 

"Regionda davamlı sülhə nail olmaq və Qarabağ münaqişəsini həll etmək üçün ən effektiv olan regional qarşılıqlı fəaliyyət formatları, xüsusilə də 3+3 formatı (Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan) var", - nazir danışığında qeyd edib. 

Sentyabrın 11-də ABŞ və Ermənistan  "Eagle Partner 2023” təlimlərə başlayıb. 
 
Təlimlərə 85 amerikalı və 175 erməni hərbçi qatılıb. 

Sentyabrın 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ və Ermənistan arasında birgə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə və Bakı ilə İrəvan arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verməyəcək.  

 
Sentyabrın 6-da məlum olub ki, ABŞ və Ermənistan birgə "EAGLE PARTNER 2023" hərbi təlimləri keçirəcək. Tədbir 11-20 sentyabr tarixlərində Zar mərkəzində Ermənistan ərazisində beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində baş tutacaq.

Sentyabrın 2-də axşam İtaliyanın "La Repubblica” qəzeti Paşinyanın müsahibəsini dərc edib. Orada o, Rusiyanın özünün tədricən Cənubi Qafqazdan çəkildiyini bəyan edib.
 

Gülnar 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM