Oxu.Az xəbər verir ki, bu barədə Ərdoğan Ankarada tarixçilərlə keçirilən görüşdə danışıb.
"Biz ermənilərlə düşmən deyilik, biz həmişə ermənilərə qucaq açmış bir dövlətik. Bu gün bu məsələnin (qondarma "erməni soyqırımı – red.) həllində bir addım atmaq lazımdırsa, bunu edərik, lakin qarşı tərəfdən də eyni hərəkəti gözləyirik və belə olan halda, biz irəliyə doğru daha bir addım atar, nəticədə məsələnin həllinə nail ola bilərik”, - deyə, Ərdoğan bildirib.
Qeyd edək ki, 2008-ci ildə Türkiyə prezidenti Abdullah Gül İrəvana səfər edərək, erməni həmkarı Serj Sarkisyanla birlikdə Türkiyə-Ermənistan yığmaları arasında keçirilən futbol matçını izləmişdi.
Putinin qondarma "erməni soyqırımı” ilə bağlı İrəvana səfərini şərh edən Ərdoğan bu mövzuda onunla telefonla danışdığını və baş vermiş hadisədən təəssüfləndiyini bildirib:
"Lazım gələrsə, diplomatik əlaqələrə yenidən baxa və Rusiyadakı səfirimizi geri çağıra bilərik. Yəni, bu gün Rusiya ilə əlaqələrimiz yaxşı olsa da, Putinlə bir-birimizi anlasaq da, belə bir milli mövzuda bizim geri çəkilməyəcəyimizi bütün dünya görməlidir. Münasibətlərimizin bu qədər yaxşı olduğu ölkəyə qarşı belə bu cür münasibət göstərə bilərik”, - deyə, Ərdoğan vurğulayıb.
Bizi sosial şəbəkələrdə izləyin !