Ərdoğan: ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır

10:30 | 07.08.2019
ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

O vurğulayıb ki, ABŞ Türkiyəyə qarşı ədalətsizdir: "Təəssüf ki, məhz bizim müttəfiqimiz ABŞ Suriyanın şimalında terrorçuları silahlandırıb”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin təhlükəsizliyi ilk növbədə NATO-nun təhlükəsizliyidir: "Türkiyənin milli maraqları hətta hərbi yolla da müdafiə olunacaq və Ankara özünə qarşı yönəlmiş bütün təhdidləri zərərsizləşdirəcək”.



www.anews.az
loading...