Axar.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Atatürkün əsasını qoyduğu "Çankaya süfrəsi” ənənəsinin adını dəyişdirib.
Yeni qərarla bu ənənə "Prezident süfrəsi” adlandırılacaq.
Qeyd edək ki, "Çankaya süfrəsi” Mustafa Kamal Atatürkün yaxın ətrafı ilə birgə Qurtuluş Savaşı illərində və ondan sonrakı dövrdə önəmli qərarların verildiyi mübahisə süfrəsi hesab olunurdu.
Xatırladaq ki, bu gün Prezident sarayında Ərdoğan ilk qonaqlarını qəbul edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !