• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Ərdoğan: “Azərbaycanla münasibətlər daha da gücləndiriləcək”

Ərdoğan: “Azərbaycanla münasibətlər daha da gücləndiriləcək”
04.04.2014 12:49

“Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq”

“Millətimiz seçkidə bizə yenidən etimad göstərdi. Bu, xarici siyasətimizə də bir dəstəkdir. Təkcə bizim partiyamız yox, bütün bölgə qazanıb, sülh qazanıb. Qardaş Azərbaycana səfərimizlə dostluq və qardaşlığa verdiyimiz önəmi bütün dünyaya bir daha göstərmiş olacağıq”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.   

 

R. T. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcəklərini söyləyib: “Türkiyə-Azərbaycan münasibətləri müstəsna və örnək alınacaq bir keyfiyyət qazanıb. Mükəmməl strateji əməkdaşlığımızla bərabər Cənubi Qafqazda uğurlu layihələrə də imza atırıq. Gürcüstanın da iştirakı ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars qlobal layihələrdir. Azərbaycan qazını Türkiyəyə və Avropaya daşıyacaq TANAP layihəsini həyata keçirmək və Bakı-Tiflis-Qars layihəsinin tez bir zamanda tamamlanması üçün işlər davam edir”.

 

Türkiyənin baş naziri Cənubi Qafqazda baş verən prosesləri yaxından izlədiklərini vurğulayıb: “Bölgədə sülhün əldə olunmasına fəal dəstək veririk. Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq. Xalqlarımız arasında tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək”.   

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Münxendə məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
Dünya 00:02
Münxendə məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
"X" sosial şəbəkəsinə genişmiqyaslı hücum edilib
Dünya 22:55
"X" sosial şəbəkəsinə genişmiqyaslı hücum edilib
Londonda “Tower Bridge” körpüsü bağlanıb
Dünya 22:28
Londonda “Tower Bridge” körpüsü bağlanıb
Zelenski Trampdan üzr istəyib - Video
Dünya 21:41
Zelenski Trampdan üzr istəyib - Video
Zelenski Səudiyyə Ərəbistanına gedib
Dünya 19:28
Zelenski Səudiyyə Ərəbistanına gedib
Britaniya sahillərində tankerlə yük gəmisi toqquşub,30-dan çox yaralı var
Dünya 18:41
Britaniya sahillərində tankerlə yük gəmisi toqquşub,30-dan çox yaralı var
Malayziyada daşqınlara görə 4122 sakin təxliyə edilib
Dünya 17:01
Malayziyada daşqınlara görə 4122 sakin təxliyə edilib
Çin Kanadada seçilən bəzi məhsullarına gömrük rüsumu tətbiq edəcək
Dünya 15:15
Çin Kanadada seçilən bəzi məhsullarına gömrük rüsumu tətbiq edəcək
Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşmalarda ölənlərin sayı açıqlanıb
Dünya 14:02
Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşmalarda ölənlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol