1915-ci il hadisələrini siyasiləşdirən millətlər hər şeyə hazır olmalıdırlar. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında bildirib.
Trend-in məlumatına görə, xəbəri Türkiyənin "TRT Haber" telekanlı yayıb.
Ərdoğan deyib: "Türkiyə Ermənistana qarşı addım atdı. Ümidvarıq ki, Ermənistan da anlayışlı olacaq və tarixi ilə üzləşməyə cəsarət edəcək".
Baş nazir onu da qeyd edib ki, tarixin əsiri olan millətlər öz gələcəklərini yaza bilməzlər: "Türkiyə böyük dövlətdir və öz tarixindən əsla qorxmur. Biz dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərin açılmasını tələb etdik və öz arxivlərimizi açdıq".
Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.
ANN.Az