Ərdoğan İspaniyaya səfər edəcək

23:49 | 10.06.2024
Ərdoğan İspaniyaya səfər edəcək

Ərdoğan İspaniyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.Bu barədə "Sputnik Türkiye” məlumat paylaşıb.

Qeyd olunub ki, Türkiyə lideri 2 gün davam edəcək səfər çərçivəsində VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirak edəcək.

İspaniyanın Baş naziri Pedro Sançesin də qatılacağı forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM