Ərdoğan İsrailə təşəkkür etdi

14:56 | 22.05.2014
Ərdoğan İsrailə təşəkkür etdi

Ərdoğan İsrailə təşəkkür etdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail və Norveç səfirliklərinə ölkələrinin milli bayramları ilə əlaqədar planlaşdırdıqları qəbulu ləğv etdiklərinə görə təşəkkür edib.

ANN.Az azvision.az-a istinadən xatırladır ki, hər iki qəbul Somadakı faciə ilə bağlı ləğv edilib. 

Ərdoğan bununla bağlı bildirib: “Onlardan bəziləri bizim prezident, digərləri isə parlament lideri ilə əlaqə saxlayıb. Mən faciə ilə əlaqədar mənə zəng edən qardaş və dost dövlətlərin liderlərinə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, İsrail Türkiyəyə Somadakı faciə ilə əlaqədar nəticələrin aradan qaldırılması üçün öz texniki köməyini də təklif edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti