ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatınin Parlament Assambleyasının 10-cu iclasında çıxışı zamanı bəyan edib.
Türkiyə prezidenti bildirib ki, müsəlman ölkələri islam coğrafiyası olaraq fövqəladə bir dövr keçirir.
"Müsəlmanlar bir-birini qırmağa, bir-birini öldürməyə sövq edilir. Axan qan müsəlman qanıdır. Ölənlər kimdir? Müsəlmanlar. Öldürən kim? "Mən də müsəlmanam” deyən dövlət terroru”.
O, islam adına insan öldürənlərin bu səlahiyyəti kimdən aldıqlarının da maraq doğurduğunu, müsəlman ölkələrinin bu problemi özlərinin həll etməli olduğunu vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !