Ərdoğan müxalifəti xəyanətdə ittiham etdi - VİDEO

17:53 | 31.03.2014
Ərdoğan müxalifəti xəyanətdə ittiham etdi - VİDEO

Ərdoğan müxalifəti xəyanətdə ittiham etdi - VİDEO

Türkiyə baş naziri baş nazirlik haqda deyilənlərə görə müxalifətdən üzr gözlədiyini bildirib
Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olduqdan sonra baş nazir Ərdoğan açıqlama verib. ANS PRESS-in məlumatına görə, Ərdoğan müxalifətə səslənərək sərt ittihamlar ortaya atıb: 
"Ölkə xaricində baş verən iftiralardan sonra mən hər şeyi bir kənara qoyuram, hətta öz şəxsim barədə deyilənləri də. Amma baş nazirlik haqqında yaydıqları şayiələrlə bağlı müxalifətin bir üzr açıqlamasını eşitdinizmi ? Bu vətənə xəyanətdir. Bu bir casusluqdur. Buna istiqamətlənən, biz iqtidarın yanındayıq dediklərini eşitdinizmi? Pensilvaniya ilə bərabər hərəkət edənlər bunun nə olacağını deyə bilərlərmi ? Gözləyirdilərki martın 25-dən sonra Türkiyədə xaos olacaq. Guya iqtisadiyyat çökəcəkdi, demokratiya olmayacaqdı. Daha da güclənərək gəlirik".
Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub. Hələlik səslərin cəmi 97,90 faizi hesablanıb. AKP - 45,49%, CHP - 27,94%, MHP - 15,21% nəticə əldə edib. Bu Türkiyə üzrə olan rəqəmlərdir. İstanbulda isə AKP səslərin 47,96 faizini, CHP - 39,99%, MHP - 4,84% faizini toplayıb. Ərdoğanın partiyasının İstanbuldan bu qədər səs alması əlehdarları üçün böyük zərbə də sayıla bilər. Amma sonuncu İstanbul mitinqinə nəzər salsaq bu rəqəmlərin həqiət olduğu şübhə doğurmur. Ankara üzrə isə yenə də AKP 44,74 faiz səslə irəlidədir. Digər iki partiyadan CHP-43,82%, MHP - 15,21% səs toplayıb. Seçici fəallığı isə 87,30 faiz təşkil edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti