Ərdoğan Putinlə görüşəcək - Zəngəzur dəhlizi müzakirə olunacaq

14:45 | 17.06.2021
Ərdoğan Putinlə görüşəcək - Zəngəzur dəhlizi müzakirə olunacaq

Ərdoğan Putinlə görüşəcək - Zəngəzur dəhlizi müzakirə olunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Anews.az-ın məlumatına görə, bu barədə Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə prezidenti bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin Rusiya tərəfinin gecikdirmə niyətinin olduğunu düşünmür:

"Tam əksinə, Rusiyanın bu məsələdə kömək etmək niyyətində olduğu görünür. Yaxın zamanda ikili görüş keçirəcəyik".

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin izaladığı bəyanatın 9-cu bəndində deyilir:

"9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb