İraqda baş verən hadisələr Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Ədalət və İnkişaf Partiyası"nın qrup toplantısındakı çıxışında da diqqət mərkəzsində olub. Ərdoğan iqtidar olaraq, Türkiyədə sünni-şiə ayrıseçkiliyi etmədiklərini, hər kəsi bir-birinə qardaş bildiklərini vurğulayıb."Evli cütlüklərin adlarının Ayşə, Əli olmasına Türkiyə xaricində rast gələ bilməzsiniz. Uşaqların adlarının Mehmet, Əli, Osman, Bəkir olmasına Türkiyə xaricində o qədər də asanlıqla rast gələ bilməzsiniz. Hansı məzhəbə aid olmağımızdan asılı olmayaraq, "La ilahə illəllah" deyən hər kəsi müsəlman, mömin olaraq qəbul etdik, eyni qibləyə dönənləri qardaşımız hesab etdik, bağrımıza basdıq. Biz bu mövqeyimizi ilk dəfə deyil ifadə edirik. Bölgədə hər qarşıdurmada biz haqqın və səbrin tərəfində olduq. Elə bir məzhəb anlayışı var ki, Ömər dedikdə onlar dəliyə dönürlər. Bizi isə Əli adını eşitmək dəliyə döndərmir. Tam əksinə, biz qucaq açırıq. Bizdə Əli də var, Ömər də var, Həsən də var, Hüseyn də var. Hamısı bizim ailəmizin içərisində bizi bütövləşdirən adlardır, biz buyuq". Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, bir məscidə girib özünü partladan, insanların ölümünə səbəb olan da kəlmeyi-şəhadətini gətirir, namaz qılan da, bunu isə heç cür başa düşmək olmaz.Türkiyənin Baş naziri ana müxalifətin "Cümhuriyyət Xalq Partiyası"nın "bostanına daş atmağı" da unutmayıb. Ərdoğan "CHP"nin İraqda türk diplomatların girov götürülməsi zamanı nümayiş etdirdiyi mövqeyi tənqid edib. «Suriya məsələsinə insani mövqedən baxmayan "CHP" Mosuldakı məsələyə də eyni səbəblərlə yanaşıb. "CHP" Türkiyə daxilində atəşlə oynadığı kimi, Suriya və İraq məsələsində də aranı qızışdırır", - deyə Ərdoğan deyib.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !