"İndi bütün millət cənab Baş nazirin "mvitter"i necə bağlayacağını bilmək istəyir"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə "Twitter" sosial şəbəkəsinə girişin bağlanması ilə əlaqədar məhkəməyə verilib. Belə ki, Milliyyətçi Hərəkat Partiyası "Twitter" qadağasının aradan qaldırılması üçün Ərdoğanla birlikdə 3 nəfərə qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə MHP sədrinin müvəkkili Oqtay Vural açıqlama verib. Vural Türkiyə iqtidarının qadağalarla vətəndaşların azadlıqlarına zərbə vurduğunu iddia edib."Baş nazir Rəcəb Tayyib Ərdoğanın hədəfində Facebook, Google, internet var. Baş nazir Ərdoğan virtual şəbəkələrdə mübarizə aparmaqdadır. Dolayısı ilə nazirin tükənmiş olduğunu ortaya qoyan bu səhnə ortaya çıxacaq səhnələrin mühümlüyünü göstərir. Bununla əlaqədar martın 30-da vətəndaşlarımızın dövlətinə, millətinə, qardaşlığına, haqqına, hüququna, demokratiyasına və azadlığına sahib çıxmasını istəyirik. Cənab Baş nazir artıq texnologiyaya qarşı divarın hörülə bilməyəcəyini görüb. Bu gün Baş nazir "Tvitterin, mvitterin kökünü qazıyacağıq" deməklə, vətəndaşların bu sosial şəbəkədən istifadəsinin qarşısını ala bilməyib. İndi Baş nazirə yalnız "mvitter" qalıb. İndi bütün millət cənab Baş nazirin bu "mvitter"i necə bağlayacağını bilmək istəyir".MHP nümayəndəsi həmçinin bildirib ki, "Twitter"ə girişin bağlanması qanuna ziddir və yalnız qanundankənar hərəkətlərə yol verən hesabların bağlanmasına yol verilə bilər. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla yanaşı, nəqliyyat, rabitə və dənizçilik naziri Lütfi Əlvan, bilgi texnologiyaları və ünsiyyət qurumunun sədri Tayfun Acarerə qarşı da ittihamlar irəli sürülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !