"Ərdoğanı təhqir edən" məşhur yazar ilk ifadəsini verdi

18:28 | 24.02.2015

"Ərdoğanı təhqir edən" məşhur yazar ilk ifadəsini verdi

Tanınmış yazar, jurnalist Can Dündar prezident Rəcəb Tayyib Ərdoğana qarşı hörmətsizlik və təhqir etmə iddiası üzrə prokurorluğa çağrılıb və ilk ifadəsi alınıb.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, R.T.Ərdoğan hələ Türkiyənin baş naziri postunda olarkən "Cümhuriyyət” qəzetinin yazarı Can Dündardan 18 aprel tarixində yayımlanan "Ərdoğan mühakimə ediləcək” yazısına görə prokurorluğa şikayət edib. Ərdoğanın şikayətində iddia olunur ki, jurnalist "17 dekabr" hadisələri ilə bağlı işi araşdıran müstəntiq Cəlal Kara ilə müsahibəsində indiki prezidenti təhqir edib.

Can Dündar növbəti ifdəsini İstanbul prokurorluğunda verəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM