Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı üç ölkənin prezidenti ilə görüşü gözlənilir. Bu barədə Türkiyə mətbuatı yazıb.
Belə ki, Ərdoğanın Ermənistan, Ukrayna və İran liderləri ilə danışıqlar aparacaq.
"Ərdoğan bir çox liderlərlə ikitərəfli görüşlər keçirəcək və onların əksəriyyətini Nyu-Yorkda türk diplomatiyasının simvolu olan Türk Evində qəbul edəcək. Ərdoğanın qəbul edəcəyi şəxslər arasında İraqın baş naziri Mohamed Shia Al Sudani, Hollandiyanın baş naziri Dik Schoof, BMT-nin baş katibi Antonio Guterres, Ermənistanın baş naziri Nikol Paşinyan, Vladimir Zelenski, Küveytin vəliəhdi, Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah, İran prezidenti Məsud Pezekşian, Almaniya kansleri Olaf Şolz, Albaniyanın baş naziri Edi Rama və Serbiyanın vitse-prezidenti Aleksandr Vuçiç”, - məlumatda deyilir.
Türkiyə prezidenti BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !