Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni soyqrımının ildönümü münasibəti ilə ermənilərə verdiyi başsağlığından danışıb.
ANS PRESS-in məlumatına jurnalistlərə açıqlama verən, Ərdoğan ermənilərə verdiyi başsağlığının əvəzində onlardan da cəsur və ürəkli addımlar gözlədiklərini söyləyib. O, bildirib ki, Ermənistan dövləti Türkiyənin bu addımını görməlidir:“Mustafa Kamal kinli olmadı, qorxuların üzərinə cəsarətlə gedək. Ümid edirəm ki, Ermənistan dövləti və erməni diasporası bizim bu ürəkli addımımızı görür, eyni cəsarətli, cəsur addımların atılmasını onlardan da gözləyirik”. Ərdoğan daha sonra ermənilərin qondarma soyqrımı iddialarından danışıb: “Bu mümkün deyil. Əgər elə bir şey olsaydı, bu gün Türkiyədə erməni vətəndaşlarımız yaşayardımı?”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !