Baş nazirin gəlini Reyyan noyabrın 14-də xəstəxanaya yerləşdirilib və o, övlad dünyaya gətirib.
ANN.Az türk mətbuatına istinadən xəbər verir ki, İstanbul Bağçılar Medipol Meqa Xəstəxanasında, noyabrın 14-də Türkiyə vaxtılə saat 19.00-da Bilal və Reyyan cütlüyünün övladları dünyaya gəlib.
Həkimlər ananın səhhətinin normal olduğunu, uşağın isə 3.210 qramla dünyaya gəldiyini açıqlayıblar.
Balacaya Əli Tahir adının verildiyi deyilir.
Türkiyənin baş naziri Ərdoğan nəvəsini görmək üçün bu gecə İstanbula gələcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !