• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ərdoğan Zelenskiyə atəşkəs və taxıl vədi verib

Ərdoğan Zelenskiyə atəşkəs və taxıl vədi verib
25.09.2024 10:30
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb, o, atəşkəs və taxıl sazişi ilə bağlı vədlər verib. Bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb. 
 
"Görüş zamanı prezident Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaqla başa çatacağına hər zaman inandığını və Türkiyənin bu məqsədə çatmaq üçün səylərini davam etdirdiyini bildirib. Ərdoğan Zelenskiyə taxıl müqaviləsini bərpa etmək üçün səy göstərəcəyini vəd edib", - məlumatda deyilir. 
 
Bir gün əvvəl Ukrayna prezidenti Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsi tezliklə başa çata bilər. 
 
Zelenski söyləyib ki, proses Rusiya ilə danışıqlara aid deyil. Söhbət müharibəni bitirməkdən gedir. 


Bundan əvvəl Ukrayna rəsmiləri bildirib ki, ABŞ Kiyevi seçkilərə hazırlaşmağa çağırdığı üçün Ukraynadakı hərbi münaqişə  gələn ilin yazına qədər bitə bilər. 
 
Rusiya ilə Ukrayna arasında müharibə 2021-ci ilin fevralından davam edir. İki ölkə liderləri bir neçə dəfə danışıqlar masasına gəlmək üçün şərtlərini açıqlasalar da bu hal mümkün olmayıb. Müharibə fonunda dünyanın bir çox markaları Rusiya bazarını tərk etmək barəsində qərar verib. ABŞ və Avropa Putinə və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Lakin Putin öz qərarından geri çəkilməyib. 

Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol