"Əgər 90-cı illərdə Türkiyə güclü olsaydı, vəziyyət tam başqa olardı”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə 1990-cı illərin əvvəllərində indiki qədər güclü olsaydı, Dağlıq Qarabağ münaqişəsi də olmazdı.
"Türkiyə sadəcə öz torpaqlarından, vətəndaşlarından sorumlu ölkə deyil. Ərəb ölkələrində olduğu kimi, Cənubi Qafqazda da münaqişələr mövcuddur. Türkiyə 90-cı illərdə güclü olsaydı, bizə qarşı bu qətliamları törədə bilməzdilər”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə Ermənistanın Azərbaycanın torpaqlarının 20%-ni işğal etməsi səbəbindən bu ölkə sərhədləri bağlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !