Ərdoğandan Gülənə şok

17:22 | 29.04.2014
Ərdoğandan Gülənə şok

Ərdoğandan Gülənə şok

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.ANS PRESS-in məlumatına görə, Ərdoğan partiyasının TBMM-dəki qrup yığıncağından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablayıb. Baş nazir Ərdoğan bir jurnalistin Fəthullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli hüquqi müddət başlayacaq.Xatırladaq ki, Türkiyə baş naziri ABŞ-ın Fətullah Güləni deportasiya etməli olduğunu bildirmişdi. O bildirib ki, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib. "Bu, bir zərbə cəhdi idi. Vətəndaş zərbəsi. Bunu etdilər. Əgər mən bu baş verənlərə qarşı səssiz qalmış olsaydım, hadisələr çox fərqli yerlərə gedə bilərdi. ABŞ bunları deportasiya etməlidir. Mən Amerikanın təhlükəsizliyini təhdid edənlərə nə edərsəm, strateji tərəfdaşımız olan ABŞ da bizim milli təhlükəsizliyimizi maraqlandıran addımlar atmalıdır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti