Ərdoğandan ilk SEÇKİ BƏYANATI

15:20 | 08.06.2015
Ərdoğandan ilk SEÇKİ BƏYANATI

Ərdoğandan ilk SEÇKİ BƏYANATI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ölkəsində keçirilən parlament seçkisinin nəticələri ilə bağlı ilk yazılı açıqlama ilə çıxış edib.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan "millətimizin taleyi hər şeydən yüksəkdə dayanır. Nəticələrə görə, heç bir partiya təkbaşına iqtidar qura bilməyəcək. İnanıram ki, nəticələri təkbaşına iqtidar qurmağa yetməyən və seçkilərə qatılan bütün partiyalar sağlam hərəkət edəcək və həqiqi dəyərləndirmələr aparacaq" - deyib.

Prezidentin bəyanatında bildirilir: "Bazar günü gerçəkləşən 2015-ci il parlament seçkisinin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm. Seçkilərə qatılan seçicilərin çox olması, əziz millətimin iradəsini biruzə verməsi və demokratiya məsələlərindəki qərarlılıqdan qürur duyuram. Millətimizin gələcəyi, taleyi hər şeydən yüksəkdə dayanır. İnanıram ki, nəticələri təkbaşına iqtidar qurmağa yetməyən və seçkilərə qatılan bütün partiyalar sağlam hərəkət edəcək və həqiqi dəyərləndirmələr aparacaq.
 
Seçkilərdən sonra başlayan yeni mərhələdə ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin qorunması istiqamətində, eləcə də demokratiyanını qorunması yolunda bütün siyasi partiyalar lazımi həssasiyyəti nümayiş etdirəcəklər. Bu seçkilərdə əziyyəti olan bütün təşkilatlara - Ali Seçki Qurumuna, il, ilçə qurumlarına, təhlükəsizlik güclərinə təşəkkürümü bildirirəm".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti