"İdlibdəki əməliyyatının böyük hissəsi artıq bitib. Növbədə Afrin var. Bir gecə xəbərsiz gələ bilərik". İstiPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin toplantısında səslənib.
Onun sözlərinə görə, ölkəsinin bir addımlığında baş verənlər onlar üçün potensial təhlükə mənbəyidir. "Biz hər addımımızda qərarlıyıq. Geri dönmək niyyətimiz yoxdur.
O, ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib. "Ey Amerika, Suriyada terror təşkilatı PKK-nın bir qolu olan PYD/YPG ilə Rakka əməliyyatı keçirir. "PKK deyil" deyirlər. Rakkada separatçı posterlərin asılmasını nə ilə izah edecəksən ey Amerika?
Biz reallıqları deyirik. 3500-dən çox yük maşını bölgəyə silah aparır. Bəs siz demokratiyanaın beşiyi idiniz. Gücünüz Ərdoğanın 13 mühafizəçisinə çatar ancaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !