Ərdoğandan "sürpriz" əmr, mediadan Azərbaycana həqarət

14:36 | 06.05.2014
Ərdoğandan "sürpriz" əmr, mediadan Azərbaycana həqarət

Ərdoğandan "sürpriz" əmr, mediadan Azərbaycana həqarət

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə verdiyi başsağlığı qalmaqalı gündəmdən itməmiş AKP iqtidarı Ermənistanı məmnun etmək üçün yeni addım atıb.Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi erməni şair Səyat Novanın əsərlərini həm erməni, həm də türk dilində çap edəcək. Artıq nazirlik erməni tərcüməçilərlə də razılığa gələrək, bir kitabda S.Novanın şeir və mahnıları erməni, eləcə də türk dilində dərc ediləcək. Nazirlikdən bildirilir ki, kitab iyun ayında hazır olacaq. Eyni zamanda Türkiyənin məşhur “Sabah” qəzeti sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyova məxsus olan “Çırpınırdı Qara dəniz” mahnısının erməni şairi Sayat Novaya məxsus olduğunu iddia edib. /Azvision.az/

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür