Ərdoğan and içib - VİDEO - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.
Tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.
Bununla da Rəcəb Tayyib Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.
16:12
Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.
Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.
Rəcəb Tayyib Ərdoğanı parlamentin müvəqqəti sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı qarşılayıb.
Rəcəb Tayyib Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.
Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
Mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.
2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 