Ərdoğanın komandası toplaşır: Azərbaycan da müzakirə ediləcək

Türkiyənin Milli Təhlükəsizlik Şurası iki aylıq fasilədən sonra bu gün yenidən bir araya gələcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclas Beştəpə sarayında baş tutacaq.
Suriyada daimi sülh və sabitliyin yaradılması və Dəməşq administrasiyası ilə diplomatik əlaqələrin bərpası barədə fikir mübadiləsi aparılacaq. Qəzzada atəşkəsin təmin edilməsi, humanitar yardımların fasiləsiz çatdırılması və digər məsələlər müzakirə olunacaq.
Məlumata görə, il ərzində keçiriləcək 4-cü iclasda Azərbaycan və Ermənistan arasında sülh prosesinə də yer veriləcək. Kiprdəki hadisələr və Yunanıstanla münasibətlər kimi digər regional və beynəlxalq məsələlər gündəmdə olacaq.
www.anews.az
Son xəbərlər
Daha çox 