Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

19:15 | 28.12.2022
Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çərşənbə günü deyib ki, o, Ərdoğanın "Rusiya və Ukrayna arasında sülh səylərinə verdiyi töhfəyə görə" nüfuzlu mükafata namizəd göstərilməsi təşəbbüsü ilə çıxış edib.  Bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb. 
Şentopun sözlərinə görə, digər ölkələrin parlament sədrləri və deputatları da oxşar müraciətlər edəcəklər.

Nobel Fondunun nizamnaməsinə əsasən, milli parlamentlərin və hökumətlərin üzvləri, Nobel Sülh Mükafatına layiq görülmüş şəxslər və təşkilatların üzvləri, Norveç Nobel Komitəsinin hazırkı və keçmiş üzvləri, beynəlxalq məhkəmələrin üzvləri və başqaları namizəd irəli sürə bilərlər.

Nobel Fondunun nizamnaməsinə uyğun olaraq, laureatları Norveç Parlamenti tərəfindən təyin edilən Norveç Nobel Komitəsi müəyyən edir. 
 
Nobel Sülh Mükafatı 1901-ci ildən  hər il verilir.

Mükafat təqdim edildikə, yalnız qaliblərin adları məlum olur. Bütün digər namizədlər və Nobel Komitəsinin üzvlərinin fikirləri 50 il ərzində gizli saxlanılır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb