Ərdoğanın qayçı kolleksiyası - Fotolar

13:02 | 11.12.2021
Ərdoğanın qayçı kolleksiyası - Fotolar

Ərdoğanın qayçı kolleksiyası - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtdan başlayaraq bu günə qədər açılış və təməlqoyma mərasimlərində istifadə etdiyi 800-dən çox qayçı və lentlər nümayiş etdirilib.

18 illik qayçı kolleksiyası Türkiyə Prezidentinin rəsmi iqamətgahında Konqres və Mədəniyyət Mərkəzində jurnalistlər üçün sərgiyə çıxarılıb. 

Qayçı kolleksiyasının birinci nümunəsi Ərdoğan tərəfindən 2003-cü il sentyabrın 22-si istifadə etdiyi qayçı, ən sonuncu nümunəni isə Türkiyə Prezidentinin 2021-ci ildə Nyu-Yorkda "Türkevi"nin açılışında istifadə etdiyi qayçı təşkil edib. 

Açılışlarda istifadə olunan lentlər 2007-ci ilə qədər qırmızı, ondan sonra isə firuzəyi rəngdə olub.( trtsabah) 








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM