Gülən camaatının lideri Fətullah Gülənə aid olduğu iddia edilən yeni sənəd üzə çıxıb.
ANS PRESS-in məlumatına görə sənəddə ölkədə aparılan 17 dekabr əməliyyatları zamanı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın öz ailəsi tərəfindən vurulacağı və yalnız qalacağı qeyd olunub. Yeni sənəddə qeyd olub ki, Ərdoğan tək qaldıqdan sonra onun barəsində “Terrror qruplaşaması ”yaratmaq ilə bağlı cinayət işi açıqlacaq. Bütün bunlardan sonra isə Ərdoğana “Terror qruplaşmasının lideri” adının veriləcəyi də Gülənin yeni sənədində öz əksini tapıb.
Ərdoğanla yanaşı, ölkənin enerji və təbi sərvətlər naziri Taner Yıldızında terror qruplaşmasının lideri kimi məhkəmə qarşısında ifadə verəcəyi də sənəddə qeyd olunub.
Sənədlə əlaqədar olaraq araşdırma aparılacaq.
ANN.Az