Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası sıralarından kütləvi istefalar olub.
Adalet.az Habertürk.com-a istinadən xəbər verir ki, son iki gündə partiya sıralarından istefa verənlərin sayı 700 nəfəri keçib.
Adanada 500 AKP üzvü partiyadan istefa verərək Milliyyətçi Hərəkat Partiyasının sıralarına keçdiklərini bəyan ediblər. MHP-yə təqdim olunan müraciətdə vətəndaşlar adı korrupsiya qalmaqalında hallanan bir partiyanın üzvü olaraq mənəvi məsuliyyət daşımaq istəmədiklərini bildirib.
Alanyada isə 200 nəfərlik qrup AKP-dən istefa verərək MHP sıralarına keçib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !