Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Van şəhər meydanında keçirilən mitinqdə çıxış edib.APA-nın xəbərinə görə, Türkiyə telekanallarının canlı yayınında R. T. Ərdoğanı dinləyənlər şoka düşüb. Belə ki, baş nazirin səsi tam batıb və o, qısıq səslə meydana toplaşanlara müraciət edib. Mövzu Türkiyə vətəndaşları tərəfindən sosial mediada geniş müzakirə olunur. Xatırladaq ki, Türkiyədə martın 30-da bələdiyyə seçkiləri keçiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !