Ərəb diplomat çıxış edərkən öldü - VİDEO

12:28 | 10.08.2022
Ərəb diplomat çıxış edərkən öldü - VİDEO

Ərəb diplomat çıxış edərkən öldü - VİDEO

Səudiyyə Ərəbistanının səfiri Məhəmməd Əl-Qahtani Misirin paytaxtı Qahirədə keçirilən Ərəb-Afrika konfransında çıxış edərkən ölüb. Bu barədə "Pledge Times" nəşri yazıb.

Hadisə bu çərşənbə axşamı, avqustun 9-da diplomat kürsüdə məruzə edərkən baş verib. Həmin kadrlar tədbir iştirakçıları tərəfindən qeydə alınıb. 

Məhəmməd Əl-Qahtani Misir prezidenti Əbdülfəttah əs-Sisini "insanlıq dekanı və sülh adamı” kimi qələmə verdiyini deyəndən bir az sonra qəfil huşunu itirərək yerə yıxılır.

Konfransda olan insanlar baş verənləri görüb məəttəl qalıb ona kömək etməyə çalışır.

Hələlik ölümün səbəbləri məlum deyil. Lakin müəmmalı ölümlə bağlı araşdırma aparılır.
 
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb