Səudiyyə Ərəbistanında qadınlara bəzi hallarda avtomobil istifadə etmək icazəsi verilib. Qadınlar rəsmi tətil günü olan cümə günü xaric həftənin 6 günü, yalnız gündüz vaxtlarında sükan arxasına keçə bilərlər.
Qadınların avtomobil sürməsinin qadağa olunduğu Səudiyyə Ərəbistanında qadınlarla bağlı yeni bir mərhələ başlayıb. Hökumət qadınlara həftənin müəyyən günlərində və müəyyən saatlarında avtomobil sürməyə icazə vermək qərarına gəlib.
Bu barədə karlın katibi ictimaiyyətə məlumat verib. Qərara görə, 30 yaşından yuxarı qadınlar ərinin, yaxud yetkin oğlunun icazəsi ilə dini geyim qaydalarına riayət etməklə, eləcə də kosmetik vasitələrdən istifadə etməmək şərtilə sükan arxasına keçə bilər.
Qadınlar həftənin 6 günü, cümə günü xaric, səhər saat 7-dən axşam saat 20-dək avtomobil idarə edə bilərlər.
Qərar pozulduğu təqdirdə, yaxud qəza törədildiyi zaman onlarla ünsiyyətdə qadın yol polisləri olacaq, hüquq və vəzifələrini onlara qadın polislər izah edəcək.
Qeyd edək ki, 150 üzvü olan Şura Məclisində 30 qadın üzv var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !