Birləşmiş Ərəb Əmirliklərinin varlı şeyxlərindən olan Sultan III bin Məhəmməd əl-Qasimi Ermənistandakı qədim xristian Aqartsin kilsəsinin yenidənqurulnmasına pul ayırıb.
Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda kilsənin baş rahibi Aristakes Ayvazyan məlumat verib.
Ayvazyan ayrılan pulun məbləğini açıqlamaqdan imtina edib, amma yerli KİB-in məlumatına görə, söhbət 1,7 milyon dollardan gedir. Əl-Qasimi Aqartsinə 2005-ci ildə gəlib. Şahidlərin sözlərinə görə, şeyx “burada həqiqətən Allah sözü eşidilir” deyəndən sonra kilsənin bərpası üçün pul ayırmaq istədiyini bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !