Ərəblər Avropaya vizasız gedə biləcəklər

10:18 | 08.05.2015
Ərəblər Avropaya vizasız gedə biləcəklər

Ərəblər Avropaya vizasız gedə biləcəklər

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları 34 Avropa ölkəsinə, eyni zamanda, "Şenqen ərazisi”nə vizasız səyahət edə biləcəklər. 

ANS PRESS-in məlumatına görə, rəsmi Abu-Dabinin Avropa hökumətləri ilə bağladığı yeni müqavilə buna əsas verir. Birləşmiş Ərəb Əmirlikləri Avropa ilə bu istiqamətdə razılaşma əldə edən ilk ölkə olaraq tarixə düşüb. Eyni zamanda, Avropa vətəndaşları da Birləşmiş Ərəb Əmirliklərində eyni hüquqa malik olacaqlar. Razılaşmaya əsasən, hər bir vətəndaş qarşılıqlı olaraq səyahət etdiyi ölkədə 6 aylıq müddətdə 90 gündən çox qala bilməz.

Belə bir razılaşma təklifi ötən ilin iyun ayında Avropa Parlamenti tərəfindən səsvermə əsasında qəbul olunmuşdu. Qanunvericilərin 577-si təklifin lehinə, 523-cü əleyhinə səs vermişdi.

Yaxın Şərq ölkələri arasında təkcə İsrail bu hüquqa malikdir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM