İngiltərənin "Çarlton” klubunun yeni sahibi müəyyənləşib. Hazırda Çempionşipdə mübarizə aparan klubun sahibi Rolan Dyşatele "Çarlton"u ərəblərə satıb.
Klubun yeni sahibi Birləşmiş Ərəb Əmirliklərinə məxsus "East Street Investments" şirkəti olub.
Qeyd edək ki, sözügedən komanda hazırda Çempionşipdə 25 oyuna topladığı 28 xalla 19-cu pillədə qərarlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !