"Yaşın nə fərqi var ki" deyərək BiG.AZ olaraq özündən yaşca kiçik şəxslə evlənən məşhur xanımların siyahısını təqdim edirik:
"Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva rejissor Cavidan Qurbanovla ailəlidir.
Səbinə ilə Cavidan arasında müəyyən yaş fərqi var. Səbinə Babayeva 1979-ci ildə, Cavidan Şərifov isə 1985-ci ildə anadan olub. Cütlüyün bu evlilikdən Əli adlı oğulları var.
Aktrisa Xuraman Əlizadə də həyat yoldaşından yaşca böyükdür. Oğul anası olan aktrisa ərindən 5 yaş böyükdür.
Əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Röyaldan yaşca böyükdür. 45 yaşlı aktrisanın ərindən 15 yaş böyük olduğu deyilir.
Müğənni Natavan Həbibi də özündən yaşca kiçik bəylə ailə quran məşhurlardandır. O, özündən 7 yaş kiçik reper Dado ilə evlənib. Cütlüyün evləndikdən 8 ay sonra boşanma xəbəri də yayılıb.
Əməkdar artist Nüşabə Ələsgərlinin hazırkı həyat yoldaşı da özündən yaşca kiçikdir. Sənətçinin əri Rza əslən İran vətəndaşıdır. Rza uzun zamandır ki, idmanla məşğul olur və illər öncə əməkdar artistin cangüdəni işləyib.
Əməkdar artist Elnarə Abdullayeva ilə həyat yoldaşı arasında 4 yaş fərqi var. Elxana dlı şəxslə ailəli olan müğənninin bu evlilikdən bir qızı və bir oğlu var.
Xalq artisti Naibə Allahverdiyeva da özündən yaşca kiçik şəxslə ailə qurub. Aktrisanın ərindən 10 yaş böyük olduğu deyilir. Qeyd edək ki, bu, N.Allahverdiyevanın ikinci evliliyidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !