Erməni deputat Sarqsyanın kriminal avtoritetlərlə əlaqəsindən danışdı

15:26 | 20.11.2019
Ermənistan parlamentinin deputatı Suren Qriqoryan keçmiş prezident Serj Sarqsyanla bağlı video haqqında danışıb.
"Sputnik Ermənistan”nın xəbərinə görə, o, videodakı görüntülərdə keçmiş prezidentin kriminal aləmin avtoritetləri ilə bir stol arxasında oturduğunu deyib.

"Dövlət güclü olmalı, "qanuni oğru” və kriminal avtoritetlərin güc tətbiq etməsinə imkan verməməlidir.
Dövlət adamlarının cinayət aləminin adamları ilə necə təmasda olduqlarını özüm dəfələrlə görmüşəm. Bir videoda Serj Sarqsyanın kriminal avtoritetlərin olduğu ziyafətdə iştirak etməsini izləmişəm”, - deyə Qriqoryan bildirib.

www.anews.az
loading...

Xəbər lenti