Həmid Həmidov
Biz daim öz düşmənlərimizi, qonşu dövlətlərin dövlət rəsmilərini və diasporunu söyürük. Onları daim yalan danışmaqda (ki, bu məsələdə tam haqlıyıq), faktları saxtalaşdırmaqda, tarixi yanlış təqdim etməkdə, daimi paxıllıq və xəbislikdə ittiham edirik. Biz onları artıq iyirmi ildən çoxdur ki, ittiham edirik. O gündən bəri onlar bizim əraziləri özəlləşdirib və geri qaytarmaq istəmirlər.
Amma məsələ bundadır ki, bu zaman ərzində kiçik aksiyaları, tədbirləri və s. çıxsaq, biz ciddi, təsirli heç nə etməmişik.
Biz hər zaman Rusiyanı misal gətiririk. Rus TV kanallarına baxırıq, orada bu və ya digər verilişin müəllifi və ya əməkdaşı olan erməni familiyalarına rast gələrkən gözümüzü döyürük, amma yenə də baxmağa davam edirik.
Həqiqi erməni kanalı olan TNT haqqında ümumiyyətlə susuruq.
Hə, susuruq. Hə, təbii ki, əsəbiləşirik, ürəyimizdə söyürük, amma yenə də baxırıq. Etiraf edin, baxırıq da? Düzdür? Baxırıq. Əsas rollarda ermənilərin oynadığı bütün yumoristik şoulara baxırıq.
Təkrar edirəm, biz əsəbləşirik, onları söyürük, onlara rişxənd eləmək istəyirik, amma sonda yenə baxırıq. Rus tamaşaçılarının etdiyi kimi edirik. Təbbi ki, hamısı yox, amma kifayət qədər böyük bir qismi kimi.
Baxırıq amma dərs çıxarmırıq. Heç nə öyrənmirik və özümüz də heç nə etmirik. Heç nə etmirik, amma əvəzində etiraf edək ki, paxıllıq edirik ( ən azından mən şəxsən qonşularımıza paxıllıq edirəm). Onların harada yaşamasından və olmasından asılı olmayaraq yaratdığı bu birliyə görə paxıllıq edirik. Disaporlarının arasındakı fikir fərqliliyinə baxmayaraq, lazımi yerdə və lazımi anda nümayiş etdirdikləri birlik paxıllıq doğurmaya bilməz.
Həmin bu Rusiyada azərbaycanlıların sayı ermənilərinkindən az deyil. Bizim diaspornun tərkibində, biznesmen milyoner, məşhur elm adamı, həkim, müəllim, TV işçiləri, jurnalistlər və mədəniyyət adamları da az deyil.
Amma onların hamısı haradadır?
Məsələn, Telman İsmayılov tərəfindən Xocalı qırğını ilə bağlı təşkil olunmuş aksiya niyə yoxdur?
Yaxud Tahir Salahov tərəfindən, azərbaycanlıların Qarabağdan qovulması ilə bağlı təşkil edilmiş sərgi niyə yoxdur?
Azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən sənədli bir film üçün niyə heç kimsə pul vermir? (Fuad Şabanov əminəm ki, bu işi görər)
Nə üçün bizim diasporumuzun yaxşı koordinasiya edilmiş işi gözə dəymir?
Diasporun müəyyən qismi bu tipli işlərin görülməsində maraqlı olmaya bilər. Bu yəqin ki, başa düşüləndir, çünki bütün diasporlarda bu olur.
Amma axı bizim diasporun durumu fəlakətlidir. Nə bir strukturu, nə bir birliyi, nə də arzu və istəkləri var. Bunun əvəzində diaspordaxilində rəqabət, paxıllıq, qeybət geniş yayılıb. Ona görə bəzi həmyerlilərimiz bu sturuktura qoşulmur və özünü onun işlərindən kənar tutur. Arasında elələri var ki, ümumiyyətlə milli kimliyini dilə gətirmir və öz həmyerlilərindən aralı gəzir.
Artıq etiraf etmək lazımdır ki, bizim disapor yoxdur. Xaricdəki azərbaycanlılarla işləyən dövlət komitəsi necə səmərəsiz işləyirsə, onlar da elə işləyir.
Diaspor anlayışı, müstəqillik əldə edəndən sonra keçilən müddətdə hələ də formalaşmayıb.Azərbaycanlıların ayrıca götürülmüş diaspor təşkilatları var. Bu diasporların əksəriyyəti ailə üzvlərindən, onların qohum əqrəbasından və dostlarından ibarət olur. Hətta onlar belə vahid, güclü strukturda birləşmək əvəzinə, bir-birinə düşməncə yanaşır və bir-birinin işlərinə mane olurlar.
Bir balaca Avropa şəhəri tanıyıram və orda 17 azərbaycanlı ailə yaşayır. Hətta orda belə onları bir-biri ilə düşmən kimi davranır, rəqabət aparır, mübahisə edir və heç zaman birləşmək və güclü olmaq haqqında düşünmürlər. Bunu misal kimi göstərdim.
Aprelin 24-də TNT kanalının etmək istədiyini, etiraf edin ki, çox bahalıdır. Bu kanal Rusiyada baş verən heç bir fəlakətə reaksiya vermir, bu kanalın xəbər buraxlışı yoxdur, bu kanal çox nadir hallarda bütün ölkədə fəlakət baş verəndə "Comedy Club” verilişini dayandırır. Amma bununla belə 24 apreldə onlar "Comedy Club” verilişinin əvəzində, Osmanlı İmperiyası zamanında, guya baş vermiş erməni "genosidi” haqqında veriliş verəcək.
"Comedy Club” verilişinin əməkdaşları, TNT-nin baş direktoru İqor Maşin həmin gün İrəvanda olacaq.
Necə deyərlər, buna şərh vermək artıqdır, ən yaxşısı video-rolikə baxın.
Ermənilərin və onların diasporasının 1915-də baş verdiyi iddia edilən "Genosid”lə bağlı etdikləri, şəxsən mənə maraqlı deyil. Bu faktın özü yüz il bundan əvvəl baş verildiyi iddia olunan "genosid”in Türkiyə tərəfindən tanınıb-tanınmamasına təsir etmir.
Mənə ağır gələn budur ki, biz özümüz heç nə etmirik. Əgər nəsə ediriksə, bu ermənilərin etdiklərinin yanında heç nədir. Və bizim diasporamızda durumun nə vaxtsa düzələcəyi ilə bağlı mənim heç bir ümidim qalmayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !