MSK son nəticələri açıqlayır - YENİLƏNİR

13:26 | 02.11.2015
MSK son nəticələri açıqlayır - YENİLƏNİR

MSK son nəticələri açıqlayır - YENİLƏNİR

Növbəti 5 ildə Milli Məclisdə 21 qadın deputatımız olacaq. 

Bu sözləri MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. 

ANN.Az-ın MSK-da olan əməkdaşının verdiyi xəbərə görə, MSK sədri 1 noyabr parlament seçkiləri ilə bağlı son nəticələri acıqlayıb.

MSK sədri 4 dairə üzrə ilkin nəticələri ictimaiyyətə çatdırmaq istədiyini deyib. Onun sözlərinə görə, 35 saylı seçki dairəsindən Araz Əlizadə, 54 saylı Şabran –Siyəzən Seçki Dairəsindən Tahir Süleymanov, 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən Bəxtiyar Əliyev, 121 sayli Laçın Seçki Dairəsindən Mahir Abbaszadə digər rəqibləri ilə müqayisdə liderliklərini saxlayırılar. Onlarla bağlı yaxın saatlarda nəticələr elan olunacaq.

M.Pənahov bildirib ki, 10 siyasi partiyanın üzvlərindən Milli Məclisə seçilən var: Seçkilərin nəticələrinə kölgə salınacaq məqam yoxdur".


MSK sədri 27 yeni deputatın seçildiyini, 125 nəfər deputatdan 1 nəfəri orta ixtisas təhsilli olduğunu bildirib: "63,35 saylı dairələrdən başqa digər hər hansı dairədə xoşagəlməz hadisı baş verməyib. MSK-ya daxil olan müraciətlərin hamısı 3 gün ərizndə araşdırılacaq. Əgər hər hansı şübhətəsdiqlənərsə. həmin dairə üzrənəticələr ləğv oluna bilər".

M.Pənahov məntəqələrdə quraşdırılan veb-kameralar haqqında da məlumat verib. O, qeyd edib ki, veb=kameralar vasitəsilə 200 minə yaxın baxış olub.

 
 
 
*** 
 
Bir qədər sonra MSK sədri Məzahir Pənahov jurnalsitlər üçün mətbuat konfransı keçirəcək. 

ANN.Az-ın MSK-da olan əməkdaşının verdiyi xəbərə görə, son ana qədər olan seçki nəticələri belədir. MSK-ya daxil olan protokolların ümumi sayı 5547-dir. Sayılmış büllütünlərin sayı 2 894 075-dir. Qeyd edək ki, Azərbaycan üzrə seçicilərin ümumi sayi 5 198 658 nəfərdir. 1 noyabr seçkilərində aktiv olan seçicilərin sayı 2 897 188 nəfərdir. Seçici fəallığı 55,7  faiz olub.

Bir qədər sonra Məzahir Pənahov 500 dairənin nəticələrini acıqlayacaq. 

Qeyd edək ki, MSK indiyə kimi 5000 dairənin nəticələrini elan edib. 

Orxan Aslanlı

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb