Xankəndidəki Qarabağ Universitetinin yataqxanası ödənişsiz olacaq- Yenilənib/VİDEO

16:56 | 30.04.2024
Xankəndidəki Qarabağ Universitetinin yataqxanası ödənişsiz olacaq- Yenilənib/VİDEO

Xankəndidəki Qarabağ Universitetinin yataqxanası ödənişsiz olacaq- Yenilənib/VİDEO

 Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxana ödənişsiz olacaq. Bu barədə Elm və Təhsil Nazirliyi Oxu.az-ın sorğusuna cavabda qeyd edib.
 
"Qarabağ Universiteti üçün nəzərdə tutulan yataqxana həm müəllimlər, həm də tələbələr üçün tam ödənişsiz olacaq", - cavabda deyilib.

 
13:20
 
Sosial şəbəkələrdə Xankəndində fəaliyyət göstərəcək Qarabağ Universitetinin görüntüləri yayımlanıb.

Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 

Videonu təqdim edirik:

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM