Almaniyalı deputat Anar Məmmədlinin həbsini pisləyib

16:58 | 30.04.2024
Almaniyalı deputat  Anar Məmmədlinin həbsini pisləyib

Almaniyalı deputat Anar Məmmədlinin həbsini pisləyib

Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe Seçki Monitorinq Mərkəzinin rəhbəri  Anar Məmmədlinin həbsini pisləyib. Bu barədə o X platformasındakı hesabınd yazıb. 

"Vatslav Havel İnsan Haqları Mükafatı laureatı Anar Məmmədlinin həbsi Azərbaycanın AŞPA-ya qayıtmasını mümkünsüz edir. Azərbaycanın nə indi, nə də yanvarda Parlament Assambleyasına geriyə yolu yoxdur”,  - o yazıb.

 Şvabe Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsinin təşəbbüskarı olub.

2024-cü ilin yanvarında AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin bir il müddətinə səsvermə hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilib. Qətnamədə bildirilir ki, Rəsmi Bakı  "siyasi məhbusları azad edərsə və insan haqlarının pozulmasına son qoyarsa səsvermə hüququ geri qaytarıla bilər".

Seçkilərin Monitorinqi və Demokratiyanın Maarifləndirilməsi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanılmasından Avropa İttifaqı narahat olduğunu bildirib.    Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin mətbuat katibi Piter Stano X sosial şəbəkəsində yazıb.

"Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir”, o vurğulayıb.

Məmmədli aprelin 29-da saxlanılıb. O, artıq 7 jurnalist və media işçisinin qaçaqmalçılıq ittihamı ilə həbs edildiyi Abzas media işində əli olmaqda təqsirləndirilir. 

ABŞ Dövlət Departamenti də Anar Məmmədlinin Bakıda saxlanılmasına reaksiya verib.

 "Biz Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, xüsusən də Anar Məmmədlinin həbsindən narahatıq. Məmmədlinin bazar ertəsi saxlanılması vətəndaş fəalları və jurnalistlərin həbsləri silsiləsindəndir. Biz Azərbaycan hökumətini həbs edilənlərin hamısını dərhal azad etməyə çağırırıq”,  -  Dövlət Departamentinin sözçüsü bildirib. 

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev aprelin 26-a Almaniyada səfərdə olarkən ölkədə insan haqları və söz azadlığının pozulması prbleminin olmadığını deyib. 
 
O bildirib ki, həbs olunanlar Cinayət Məcəlləsinin uyğun maddələri ilə ittiham lunur və bu "ölkədə söz azadlığının pozulması demək deyil".
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM