Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək

19:53 | 30.04.2024
Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək

Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək

Polşa Prezidenti Ancey Duda və Baş nazir Donald Tusk Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyi planlaşdırır.Bu barədə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsində Konstitusiya qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.

"Polşa Prezidenti və Baş naziri Bakıda keçiriləcək mühüm beynəlxalq konfransında - COP29-da iştirak etmək üçün dəvət alıblar və onlar bu səfərə hazırlaşırlar”, - səfir deyib.

Onun sözlərinə görə, iki həftə sonra "InterFood Azerbaijan 2024” sərgisində iştirak etmək üçün Polşadan böyük nümayəndə heyəti Azərbaycana gələcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti