Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

10:36 | 12.05.2024
Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie Azərbaycan səfiri Ruslan Nəsibovu qəbul edib.Bu barədə Efiopiyanın baş diplomatı sosial şəbəkədə bildirib.

"Azərbaycanın səfiri cənab Ruslan Nəsibov ilə görüşdə ikitərəfli əməkdaşlığımızın gücləndirilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 Sammiti ilə bağlı müzakirələr aparılıb”, – XİN başçısı qeyd edib.

O, COP29-un "planların gerçəkləşdiyi yer olacağına və iqlim fəaliyyətinə dair anlamlı addımlar atan ölkələrin iqlim böhranını həll etmək səylərində tanınacaq və dəstəklənəcəyi bir hadisə olacağına ümidvar olduğunu” vurğulayıb.

Martın 14-də Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov etimadnaməsini Efiopiya Prezidenti Sahle-Vork Zevdeyə təqdim etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb