Ermənistanın futbol üzrə milli komandasının üzvü Artyom Simonyanın sosial şəbəkədəki hesabı dağıdılıb.
AzVision.az xəbər verir ki, erməni futbolçunun "İnstagram" profilini ələ keçirən hakerlər orada azərbaycanlı idmançıların və hərbçilərin görüntülərini,
Azərbaycan və Türkiyə bayraqlarının fotolarını yerləşdiriblər.
Qeyd edək ki, Simonyan Ermənistanın tanınmış futbolçusudur. O, milli komandanın və "Alaşkert" klubunun heyətində çıxış edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !