Ermənistan parlamentinin hakim Respublika Partiyasından olan üzvü, general-mayor Manvel Qriqoryan erməni girovluğunda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi ölümlə hədələyib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yerli jurnalistlərin girovlara hansı cəzanın veriləcəyi ilə bağlı sualını erməni deputat hədələyici tonda cavablandırıb:“Onlar ələ keçiriləndə bu sualı vermək lazım idi. Əgər azərbaycanlıları mən tutsaydım, indi onlar sağ olmazdılar. Hansı məhkəmə, nə məhkəmə işi? Onları məhv etmək lazım idi”.Xatırladaq ki, Manvel Qriqoryan Eçmiədzin batalyonunun komandiri kimi Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı vuruşub. 2000-2008-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini postunda çalışan general-mayor Manvel Qriqoryan həm də, “Yerkrapa” Qarabağ müharibəsi veteranları birliyinin sədridir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !