Erməni gömrükçüləri əcnəbini butulkanın içindəkilərini içməyə məcbur edib və nəticədə o, ölüb

14:59 | 13.08.2024
Erməni gömrükçüləri əcnəbini butulkanın içindəkilərini içməyə məcbur edib və nəticədə o, ölüb

Erməni gömrükçüləri əcnəbini butulkanın içindəkilərini içməyə məcbur edib və nəticədə o, ölüb

Bir neçə gün əvvəl İrəvanın Zvartnots hava limanında faciəli hadisə baş verib. "Hraparak” qəzeti yazır ki, Dövlət Gəlirləri Komitəsinin gömrük xidmətinin əməkdaşları Braziliyadan Ermənistana uçan sərnişinin əlindəki şüşədə nə olduğunu  görüb və orada nə olduğunu soruşub.
 
Braziliyalı "Şərab” deyə cavab verdikdən sonra gömrükçülər şüşənin içindəkiləri yoxlamaq əvəzinə braziliyalını içindəkiləri içməyə məcbur ediblər, bundan sonra onun qəfil halı  pisləşib və bir neçə dəqiqədən sonra ölüb. Məlum olub ki, butulkada narkotik maddə olub.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 8-də Zvartnots hava limanının xətt şöbəsinə təcili yardım briqadasının hava limanından əcnəbini tibb məntəqəsinə aparması və xəstəxanada dünyasını dəyişdiyi barədə məlumat daxil olub. Materiallar ibtidai istintaq orqanına təhvil verilib.

Bu məlumatı İstintaq Komitəsi də təsdiqləyib. Ölən şəxs Braziliya vətəndaşı olub.  Faktla bağlı Ermənistan DİN Cinayət Məcəlləsinin "Qətl” nəzərdə tutan maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb.
 
"İstintaq aparılır, məhkəmə-tibbi ekspertizas, həmçinin aşkar olunan materialın məhkəmə-kimyəvi ekspertizası təyin edilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM