Erməni idmançı türkiyəli rəqibini boğaraq öldürmək istədi - VİDEO

18:26 | 07.10.2019
Erməni idmançı Rafael Abrahamyan MMA döyüşündə türk rəqibi Batuhan Akdumanı boğaraq öldürmək istəyib.
Oxu.Az xəbər verir ki, Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində Rusiyanı təmsil edən erməni Rafael Abrahamyanla türkiyəli Batuhan Akduman üz-üzə gəlib.

Videodan göründüyü kimi, erməni idmançı türk rəqibini boğma fəndi ilə məğlub edir. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb.
Görüşün hakimi hətta onları ayırmağa çalışsa da, erməni idmançı rəqibini boğmaqda davam edib. Nəticədə, Batuhan Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəlib. Yalnız həkimlərin müdaxiləsindən sonra türk idmançını özünə gətirmək mümkün olub.
 



www.anews.az
loading...