Erməni jurnalist Fətullah Gülənin qəzetindən ayrıldı

10:00 | 27.05.2014
Erməni jurnalist Fətullah Gülənin qəzetindən ayrıldı

Erməni jurnalist Fətullah Gülənin qəzetindən ayrıldı

Türkiyənin erməni əslli tanınmış jurnalisti Etyen Mahçupyan fəaliyyət göstərdiyi Fətullah Gülənə aid “Zaman” qəzetindən ayrılıb. ANS PRESS-in xəbərinə görə, “Zaman” qəzetində həftədə 3 dəfə köşə yazan jurnalistə ayrılan vaxt birə endirilib. Bu barədə saytlardan birinə məlumat verən yazar bu qərara təəccüblənmədiyini deyib. “Həftədə 3 gün yazan bir yazarın yazılarının 1 günə düşürülməsi əlbətdə bir problemdir. Mənim üçün çox da təəccüblü olmadı. Bu, Türkiyənin gəldiyi qütbləşdirici siyasət mühitinin jurnalistikada əks olunmasıdır. Mətbuat son günlərdə çox siyasiləşdi. Bəzi mətbuorqanlar son vaxtlar siyasiləşdi. Necə siyasi partiyalar öz aralarında müxalif səsləri istəmirsə bu cür mətbuorqanlar da öz aralarında bu cür səsləri istəmirlər”. “Zaman” qəzeti isə açıqlama verərək Mahçupyanın yazılarının davam edəcəyini, son günlər qəzetdə köşə yazarları çoxaldığı üçün yer məhdudiyyəti yarandığını, həftədə 1 gün, çərşənbə günü yazarın yazılarının nəşr olunacağını açıqlamışdı. Bu, Mahçupyanın müsahibəsindən əvvəl olmuşdu. Xatırladaq ki, Fəthullah Gülən qrupu ilə hökumət arasında gərginlik yaşandığı bir vaxtda erməni yazar 10 ildir Ərdoğana səs verdiyini, bundan sonar da onu dəstəkləyəcəyini açıqlamışdı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti