Ermənipərəst konqresmenlər tərəfləri gərginliyi azaltmağa çağırıbABŞ Konqresinin üzvləri Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri müzakirə ediblər. ANS PRESS-in məlumatına görə, konqresmenlər Adam Şif, Bred Şerman və Devid Çiçilinen tərəfləri sülh danışıqlarını davam etdirməyə çağırıb.Müzakirələr zamanı konqresmenlər cəbhədə baş verən son hadisələrdə Azərbaycanı ittiham edib. Onların fikrincə, Azərbaycan hərbçilərinin atəşkəsi tez-tez pozması Dağlıq Qarabağda gərginliyin artmasına səbəb olub. "Cəbhədə ölən əsgərlərə görə üzüldük".Tərəfləri sülh danışıqlarının davam etdirilməsinə çağıran hər üç konqresmen Soçidə prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşündən müsbət nəticə əldə olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Adam Şif, Bred Şerman və Devid Çiçilinen ermənipərəst konqresmenlərdir. Onlar ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin təsiri altında ermənilərin xeyrinə çıxışlar edirlər. Məsələn, Adam Şif Konqresdə dəfələrlə qondarma erməni soyqırımının tanınması məsələsini gündəmə gətirib. Adam Şif, Bred Şerman və Devid Çiçilinen demək olar ki, hər il “erməni soyqırımı”nın tanınması ilə bağlı Konqresə layihə təqdim edirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !