Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməlləri pislənməlidir - İCMADAN ÇAĞIRIŞ

20:30 | 05.05.2024
Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməlləri pislənməlidir - İCMADAN ÇAĞIRIŞ

Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməlləri pislənməlidir - İCMADAN ÇAĞIRIŞ

Qərbi Azərbaycan İcması dünya icmaiyyətini Erməni Qriqorian Kilsəsinin dini xadimlərinin sülh əleyhinə fəaliyyətini pisləməyə çağırıb.Bu barədə təşkilatın bəyanatında bildirilib.
 
"Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən praktik addımların atılması qərarlaşdırılıb.
 
Lakin Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın icrasına mane olmaq üçün var gücü ilə çalışırlar. Çox narahatlıq doğuran haldır ki, həmin prosesləri Erməni Qriqorian Kilsəsinin dini xadimləri fəal rol alıblar. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər.
 
Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi günlərdə Erməni Qriqorian Kilsəsininsülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir.
 
Azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirmişdir.
 
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini Erməni Qriqorian Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırır", – bəyanatda diqqətə çatdırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM